Menu

Kukla Teatrının rəhbərliyi mətbuat konfransı keçirəcək

08.12.2022, 17:42
Kukla Teatrının rəhbərliyi mətbuat konfransı keçirəcək

Azərbaycan Dövlət Kukla Teatrında Mədəniyyət Nazirliyinin teatrda apardığı və hələ də davam etdirilən yoxlamalarla bağlı mətbuat konfransı keçiriləcək.

"Report" xəbər verir ki, konfrans bu gün teatrın direktoru Rəşad Əhmədzadə və teatrın bir neçə əməkdaşının iştirakı ilə baş tutacaq.

Qeyd edək ki, yoxlamalar noyabrın 21-dən başlayıb və iki həftədən çox vaxt keçməsinə baxmayaraq, hələ də yekunlaşmayıb. Teatr rəhbərliyi yoxlamaların bu qədər davam etməsindən narazıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol