Fransa 2022-ci ilin ilk 9 ayında Rusiyadan 345 milyon avro dəyərində 290 ton uran alıb.
“AzPolitika.info” beynəlxaq KİV-ə istinadla xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyaya qarşı tətbiq olunan sanksiyalara baxmayaraq, Fransa ötən illə müqayisədə bu ölkədən uran ixracını 3 dəfədən çox artırıb.
Xəbərdə qeyd olunur ki, elektrik enerjisi istehsalı üçün Fransanın atom elektrik stansiyalarında ildə 1030 ton zənginləşdirilmiş uran istifadə edilir. Fransanın “EDF” şirkəti bunun üçün 8 min ton təbii uranı emal etməlidir. Fransanın bu ölkədən uran almasının səbəbi, Rusiya uranının daha ucuz olmasıyla izah olunur.
“EDF”-nin gömrük sənədləri ilə ortaya çıxan və böyük narazılığa səbəb olan uran idxalıyla bağlı səsləndirlən ittihamları Fransanın energetika naziri Agnes Pannier-Runacher “uranı xammal kimi deyil, zənginləşdirilmiş şəkildə alırıq” deyərək, rədd etməyə çalışıb.
Almaniya kansleri Olaf Şolzun Rusiyadan təbii və zənginləşdirilmiş uranın alınmasını dayandırması üçün Fransaya təzyiq etdiyi bildirilir.
“AzPolitika.info”


Şərhlər