Sülhməramlılar dinc aksiya keçirən azərbaycanlıların etirazlarını yatırtmaq üçün əraziyə əlavə qüvvə cəlb ediblər.
Bundan sonra Şuşa-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiya keçirdiyi ərazilərə Azərbaycan hərbçiləri gəliblər.
Azərbaycan ordusunun hərbi qulluqçuları əraziyə gələrək azərbaycanlı etirazçıların təhlükəsizliyini qoruyurlar.
Həmin görüntüləri təqdim edirik:
Azərbaycan ordusunun hərbi qulluqçuları Şuşa-Xankəndi yolunda azərbaycanlı etirazçıların təhlükəsizliyini qorumasır bölgədəki separatçılar arasında təşvişə səbəb olub.
Ermənistan mətbuatının məlumatına görə, rus hərbi qulluqçularımızın ərazidə olması barədə Rusiya sülhməramlıları erməni separatçılarına xəbərdarlıq ediblər.
Sülhməramlılar tərəfindən erməni qanunsuz silahlı birləşmələrinin üzvlərinə hadisə yerində görünməmək “tövsiyə” olunub. Sülhməramlılar dolayı yolla separatçılara Azərbaycan hərbçilərinin olduğu bir məkanda onlar üçün ən yaxşı variantın qaçıb gizlənmək olduğunu xatırladıblar.

Şərhlər
Mən bəlkə də yanılıram, ancaq yenə də fikrimi bölüşürəm ki, bəlkə də, erməni Qarabağdan getməyə razıdır, belə ki, vaxtaşırı bu məsələ qarşıdurmaya gətirir və hər iki tərəf itkilər verir. Məgər erməni razıdırmı ki, balası öldürülsün və ya daim gərginlik içində yaşasın və s...Burada Rusiyanın barmağı artıq 2-3 yüziliklərdir ki, var və o ermənini də qoymur nisbətən qulağı dinc yaşasın...Belə ki, cəmi 40-50 min erməni gedib müxtəlif yerlərdə rahat yaşaya bilərlər, ancaq rus qoymur...müəyyən təbəqəni həvəsləndirir, pula, var-dövlətə, silah-sursat verir və öz işini necə deyərlər görür...bax belə düşünürəm...
Nəhayət hökumətimizin ehtiram göstərdiyi rus dili və onun hakimiyyəti olan Putin-Patruşev-Narışkin üçbucağı kimliyini göstərdi.Onların Vətənimiz üçün nə qədər təhlükəli olduqlarını bir daha gördük.Elə bilirəm ki,Moskvada təhsil və təlim almış rusdilli kadrların vəzifələrdən atılma anı yetişib.Biz,balarımızı şəhid edən millətin kadrları ilə bir arada ola bilmərik.Onlara lənət olsun!