Menu

"Rusiya sülhməramlılarının komandanı özünü ermənilərin himayədarı kimi aparır" - Sədr müavini

12.12.2022, 14:17
"Rusiya sülhməramlılarının komandanı özünü ermənilərin himayədarı kimi aparır" - Sədr müavini

"Rusiya sülhməramlılarının komandan Andrey Volkov iki xalq arasında sülhməramlı rolunu oynamır, özünü ermənilərin himayədarı kimi aparır".

Bunu "Report"a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyində İctimai Şuranın sədr müavini Nərminə Qəribova deyib.

Beş saatdan artıqdır Şuşa-Xankəndi yolunda olduğunu bildirən sədr müavini aksiyada səsləndirilən şüarların təbiət, gələcək və həyat naminə olduğunu söyləyib. N.Qəribova etirazçıların bu əraziyə xoşməramlı məqsədlə gəldiklərini vurğulayıb.

Onun sözlərinə görə, təbiəti müdafiə dünyanı müdafiə deməkdir: "Lakin öz təbiətimizə qarşı böyük ekoloji terroru görürük. Biz burada Rusiyanın Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkovla görüşmək istəyirik. Lakin belə bir vəziyyət müşahidə olunur ki, Volkov iki xalq arasında sülhməramlı rolunu oynamır, o, özünü daha çox ermənilərin himayədarı kimi aparır. Bizi qarşılamaq istəmir".

N.Qərimova hesab edir ki, bu, Azərbaycan xalqına qarşı hörmətsizlikdir: "Biz vətəndaş cəmiyyəti və media olaraq dəyanətli Azərbaycan xalqının nümayəndələriyik və biz çox güclüyük. Hava şəraitinin soyuq keçməsinə baxmayaraq Ekologiya Təbii Sərvətlər Nazirliyi tərəfindən çadırlarımız qurulub və biz burada aylarla qala bilərik. Əsas odur ki, təbiətimiz və ölkəmizi qoruyaq. Ümid edirik ki, Volkovu bura göndərən dövlət tərəfindən ona layiqli qiymət veriləcəkdir".

Şərhlər

Roma 2022-12-12 15:29:49

"Rusiya sülhməramlılarının komandanı özünü ermənilərin himayədarı kimi aparır"...bəli bu elə belədir ki, var...Rusiya18-ci əsrin əvvəllərindən, o tünbətün Pyotrdan başlayaraq bu prosesi aparır və bu bugün də davam edir. İndi Putin və ya başqası, yəni hakimiyyətdə kimliyindən asılı olmayaraq erməninin tərəfini tutacaqdır, birmənalı...İran da həmçinin, hələlik qınına çəkilib, gözləyir bizim kürəyimizə bıçağı saplamaq anını...Nə isə bir qədər də ehtiyatı artırmalı, şantajlara getməməli, hər bir hərəkətimizi Dövlət səviyyəsində etməliyik...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol