Menu

Ərdoğandan Fatih Terimə dəstək

14.11.2014, 09:19
Ərdoğandan Fatih Terimə dəstək

"Futbolçu oynamırsa, Fatih Terimmi meydana çıxıb oynasın"

Son oyunlarda bir-birinin ardınca məğlub olan Türkiyə millisinin baş məşqçisi Fatih Terimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan dəstək gəlib.

ANS PRESS-in məlumatına görə, Ərdoğan Fatih Terimə dəstək verilməsinin vacibliyini bildirib: "Fatih Terim yaxşı mütəxəssisdir. Futbolçu oynamırsa, Fatih Terim meydana çıxıb oynasın? Fatih hoca çox gözəl işlər görür və uğur qazanan biridir".

Türkiyə və Braziliya milliləri arasında keçirilən yoldaşlıq oyunu barədə danışan Ərdoğan Türkiyənin 4:0 heablı məğlub olduğu qarşılaşmanın nəticəsinin təəccüblü olmadığı deyib: "Əvvəl Braziliyada uşaq və gənclərin hansı şəraitdə futbol oynayaraq yetişdiyinə diqqət etmək lazımdır. Braziliyada dəniz kənarında qumda futbol oynayırlar. Qum əzələləri gücləndirir. Qumda qaçdıqları üçün futbolçuları fiziki cəhətdən güclü olur. Ona görə, Braziliya futbolçuları həmişə hücum edirlər. Bizim gənclər xalça sahədə, sintetik meydanda məşq edir və futbol oynayırlar. İnfrastruktur çox əhəmiyyətlidir. Bizim də gözəl planlarımız var. İdmanı yalnız futbol olaraq da görmək lazım deyil. Digər idman növlərinə də gənclərimiz yönləndirməmiz lazımdır"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol