RF Prezidenti Vladimir Putini özününkülər o, Haaqa tribunalına düşməzdən əvvəl öldürəcəklər - Ukraynaya qarşı genişmiqyaslı təcavüzünə görə. Hər kəsdən əvvəl Putinə «cəzanı» Çeçenistanın lideri Ramzan Kadırov icra edəcək.
Bunu Pusiya Dumasının keçmiş deputatı İlya Ponomaryov Olesye Batsmana müsahibəsində danışıb («UNİAN»).
«Onun üçün Haaqaya düşmək şansı yüzdə bir nisbətindədir. Mən hesab etmirəm ki, o, oraya düşəcək…» - eks-deputat bəyan edib.
Ponomaryov proqnoz edib ki, RF başçısını «özününkülər daha əvvəl öldürəcəklər».
«…Bir tərəfdən, o insanlara ki, onun ətrafında toplaşıblar, sübut etmək lazım gələcək ki, yeni hakimiyyətə loyaldırlar. Məhz buna görə də mən proqnoz etmişəm - Ramzan Axmatoviç tətiyi çəkəcək. Bu, mənim nəzərimcə, ən ehtimallı adamdır ki, Putinin cəzasını həyata keçirə bilər» - Ponomaryov deyib.
Xatırladırıq ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzünə əlaqəli olan rusiyalıları Haaqa tribunalı hədələyir.
AzPolitika.info


Şərhlər
Ay Kadırov, heç olmasa bu işə yaran.