Azərbaycanlı fəalların Xankəndi yolunda etiraz aksiyası keçirdiyi ərazidə Rusiya sülhməramlıları üçün modul tipli yataqxanalar quraşdırılmasına başlanılıb.
“AzPolitika.info” xəbər verir ki, “KamAZ” markalı avtomobillərlə əraziyə gətirilən konteynerlər ərazidə olan kran vasitəsilə yolun hərəkət hissəsinə qoyulub.
Eyni zamanda sülhməramlılar üçün ərazidə əlavə çadırlar quraşdırılmasına başlanılıb.
Belə görünür ki, Rusiya sülhməramlıları ərazidə aksiyanın uzun müddət davam edəcəyini gözləyirlər. Buna görə də uzunmüddətli müşahidə aparmağa hazırlıq görürlər.
“AzPolitika.info”








Şərhlər