Menu

Kəlbəcərdə 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, biri şəhid olub - YENİLƏNİB

14.12.2022, 20:12
Kəlbəcərdə 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, biri şəhid olub - YENİLƏNİB

Kəlbəcər rayonunda 4-ü hərbçi olmaqla 8 nəfər minaya düşüb, onlardan biri şəhid olub

"Report"un xəbərinə görə, bu barədə Baş Prokurorluq, Müdafiə və Daxili İşlər nazirliklərinin yaydığı birgə məlumatda bildirilib.

Belə ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər şəxsin minaya düşməsi barədə Kəlbəcər hərbi prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.

Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə həlak olub.

Hazırda faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda araşdırma aparılır.

***

Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində mina partlayışı zamanı xəsarət alanların sayı 6-ya çatıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, hadisə zamanı daha iki nəfərin xəsarət alması müəyyən edilib.

Onlardan biri dünyasını dəyişib.

***

Kəlbəcər rayonunda 4 nəfər minaya düşüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.

Belə ki, bu gün axşam saatlarında Kəlbəcər rayonunun Çıraqlı kəndi ərazisində infrastruktur layihələrində çalışan 4 nəfərin minaya düşərək xəsarət alması ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.

"Hazırda polis əməkdaşları aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə hadisə yerinə cəlb ediliblər", - DİN-in məlumatında bildirilib.

Şərhlər

ƏNHU 2022-12-15 02:30:02

Sülh müqaviləsi bağlansa da hər dəfə mina partladıqca insanlar yenidən qəzəblənəcək, nifrət yenidən baş qaldıracaqdır. Mina düşmənçiliyin davamı deməkdir. Hələ doğulmamış insanları da hədəfə almaq, düşmənçiliyi gələcəklərə daşımağın bir yoludur.

korrektor 2022-12-14 20:41:47

Bu mina basdırmağı erməniyə öyrədənlərin Allah cəzalarını versin!

t.ədalət 2022-12-14 20:39:29

Bu minaları ərazilərimizə gətirən də,basdıran da Putinin ordusudur.Rusalar görürlər ki,bizi qırsalar da Azərbaycan hökumətinin bir qolu əhalini ruslaşdırmaqla məşğuldur.Rus məktəblərinə ayrılan pullar Azərbaycan analarına uşaq pulu kimi verilmir.Ruslaşmanın nəticəsi də budur ki,cəbhə xəttində qətllər ara vermir.Biz,rus dilinə,ümumiyyətlə,Rusiyaya marağa son qoymalıyıq.Bu yol bizi məhvə aparır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol