Menu

Prezident DTX hərbi qulluqçuları ilə bağlı fərman imzalayıb

15.12.2022, 20:45
Prezident DTX hərbi qulluqçuları ilə bağlı fərman imzalayıb

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi qulluqçularının və qurumun sisteminə işə götürülən işçilərin ştat sayı ilə bağlı dəyişikliklər təsdiqlənib.

 Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişikliklərin təsdiq edilməsi haqqında fərman imzalayıb.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol