Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələri maneəsiz şəkildə hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Belə ki, aksiya iştirakçıları növbəti dəfə də bu mövqeni nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq beş gündür davam edir.
Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.


Şərhlər
Azərbaycanın bu eko dirənişi, sonda Laçın koridorunda öz keçid mentəqəsini qurmasına gətirib çıxarmalıdır. Bəli biz bu yolu yenidən inşa etdik və Laçın koridorunun açılması ilə bağlı 10 noyabr sazişinə də əməl etdik və hayla da etməkdəyik.Amma İravan həmin sazişdə iki ildən artıqdır Zəngəzur dəhlizi ilə bağlı üzərinə götürdüyü öhdəliyin bir faizinə belə əməl etməyib. Xüsusən də infrastrukturun qurulması ilə bağlı. İki gündü Rusiya sülhməramlıların ucbatından yol bağlanıb, erməni seperatçıları bütün dünyaya ses salıblar ki, Xankəndi ermənilərinə humanitar terror edilir. Ermənilər 34 ildir Azərbaycanın Naxçıvan bölgəsinə yolu qapadıblar. Amma dünya indiyə kimi Naxçıvana görə səslərini bir dəfə çıxarmayıb. Ona görə də Ölkə Başçısı demişkən Avropadan gələn balamalar bizi maraqlandırmamalı, Xankəndndə öz suveren haqlarımıza çatmaq üçün səylərimizi daha da artırıb, Laçın koridoruna nəzarəti ələ almalıyıq. Çünki, biz bu gün də bilmirik Rusiya bu maşınlarla silah, daşıyır yoxsa dərman.
Hansısa formada yoxlamak lazındır. bir də baxacağıq ki, arayik artunyan meşokda maşının baqajında Xankəndiyə gətirilib.