Menu

"Azəriqaz” limitləri vaxtında sıfırlasın" - Vüqar Bayramov

16.12.2022, 12:57
"Azəriqaz” limitləri vaxtında sıfırlasın" - Vüqar Bayramov

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qaz limitlərinin sıfırlanmasını vaxtında həyata keçirməlidir.

“Report” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov bildirib.

"2022-ci il yekunlaşır və 2023-cü ildə qaz limitlərinin sıfırlanması həyata keçiriləcək. Bu il bu məsələ 10 gün yubandı. Məqsədəuyğun olardı ki, “Azəriqaz” limitləri vaxtında sıfırlasın. İnsanlar ilin sonuna doğru yüksək limitlərlə ödəniş edir, yubanmaya görə "mavi yanacaq"dan istifadə üçün daha çox xərc çəkir", - deyə o qeyd edib.

Şərhlər

Bagdan 2022-12-16 13:29:19

Sifirlamaq yox, limiti legv etmek lazimdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol