Menu

16 yaşlı qız ərə verilib

19.12.2022, 12:38
16 yaşlı qız ərə verilib

Ucar rayonunda yetkinlik yaşına çatmayan qızın toy mərasimi olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, toy şənliyi dekabrın 17-də rayonun Qaracallı kəndində təşkil edilib.

Belə ki, kənd sakini 16 yaşlı qız (yetkinlik yaşına çatmadığı üçün adı göstərilmir) həmkəndlisi Qəribxan Lətifova ərə verilib.

Məlumata görə, bir həftə əvvəl cütlüyün qız toyu olub.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis kapitanı Nizam Həmidov "Report"un yerli bürosuna bildirib ki, toy məclisi ilə bağlı artıq Ucar Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Aparılan araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Şərhlər

t.ədalət 2022-12-19 20:13:50

16 yaşlı qız özü istəyib ərə gedibsə,burda qorxulu nə var?Deyirsiniz ki,ərə getməsin.evdə qalıb "staraya deva" olsun?İndi vəzifələrdə,səhnələrdə "at çapan",sərhəd-buraxılış məntəqələrindəki keçidlərdə çantasından perezervatik çıxan o qədər "qısırlarımız" var ki.Bu "qısırlar" istəyirlər ki,başqaları da ərə getməyib onların gününə düşsün..

Izləyici 2022-12-19 14:01:17

16 yaşlı qızların əxlaqsızlıq etmələri heç kimdə sual doğurmur, amma ərə getmələri çoxlarını "narahat" edir?!

Kamil 2022-12-19 13:20:15

Valideynlег ьесїli hebs edilsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol