Menu

Əfqanıstanda keçmiş təhlükəsizlik zabitləri müəmmalı şəkildə öldürülür

19.12.2022, 13:14
Əfqanıstanda keçmiş təhlükəsizlik zabitləri müəmmalı şəkildə öldürülür

2021-ci ilin avqustunda “Taliban”ın yenidən hakimiyyətə gəlməsi ilə elan edilmiş ümumi amnistiyaya baxmayaraq, keçmiş Əfqanıstan milli təhlükəsizlik qüvvələrinin müəmmalı şəkildə öldürülməsi davam edir.

Bu barədə “Khaama Press” müstəqil mənbələrə istinadən məlumat yayıb.

“Taliban”ın Kabilin ələ keçirilməsindən sonra verdiyi açıqlamasına əsasən, əvvəlki rejimin müxtəlif təhlükəsizlik qurumlarında xidmət etmiş bütün əfqan hərbçilərinin saxlanılması, işgəncələrə məruz qalması və həbs edilməsi qadağan edilib.

Bununla belə, Human Rights Watch (HRW) təşkilatı məlumat verir ki, “Taliban”ın keçmiş hökumət mülki və hərbi məmurlarına amnistiya elan etməsinə və “Taliban” rəhbərliyinin öz qüvvələrini amnistiyanın pozulmasına görə məsuliyyətə cəlb edəcəklərinə dair əminliklərinə baxmayaraq, qətllər və məcburi yoxaçıxma halları baş verir.

“Taliban” Kabili ələ keçirməzdən bir neçə həftə əvvəl böyük şəhərlərdə və əsas magistral yollarda hökumət rəsmilərini hədəf alan qisas qətlləri artıq artmaqda idi.

“Taliban”, kəşfiyyat əməliyyatları və əvvəlki hökumətin tərk etdiyi məşğulluq sənədlərinə giriş yolu ilə həbs və edam üçün yeni hədəflər təyin edib. HRW təşkilatının noyabrın əvvəlindəki hesabatında 15 Avqust - 31 oktyabr 2021 - ci il tarixləri arasında “Taliban” qüvvələrinə təslim olan Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin (ANSF) 47 üzvü (keçmiş hərbçilər, polislər, kəşfiyyat xidməti üzvləri) yarımhərbiləşdirilmiş milislər tərəfindən təslim olması və ya onlar tərəfindən həbs edilməsi, edam olunması, məcburi yoxa çıxması sənədləşdirilib.

Human Rights Watch-un araşdırmasına görə ki, “Taliban” qüvvələri avqustun 15-də Əfqanıstanın paytaxtı Kabili ələ keçirdikdən sonra üç ay ərzində yalnız Qəzni, Helmand, Kunduz və Qəndəhar vilayətində 100-dən çox keçmiş təhlükəsizlik qüvvələri üzvünü öldürüb və ya yoxa çıxarılıb.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol