“Ermənistan sülh müqaviləsi ətrafında öz təkliflərini Azərbaycana təqdim edib və biz bu məzmunda onu imzalamağa hazırıq. Ümid edirəm ki, Azərbaycanın da reaksiyası müsbət olacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında deyib.
“Bir neçə ay əvvəl Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və təhlükəsizliyi məsələləri üzrə komissiyanın gələcək işi ilə bağlı öz təkliflərimizi Bakıya təqdim etsək də, hələlik cavab almamışıq. Ermənistan regional kommunikasiyaların işinin bərpası ilə bağlı öz təkliflərini Azərbaycana təqdim edib və problemin dərhal həlli üçün bu yolla getməyə hazırdır”, - o vurğulayıb.
Baş nazir yenə iddia edib ki, guya, Ermənistan hakimiyyəti hərtərəfli həll yollarına nail olmaq, sülh və sabitliyi təmin etmək üçün səylərini davam etdirir.
“Biz bu missiyanın mürəkkəbliyini dərk etsək də, məqsədyönlü fəaliyyətimiz dəyişmir" - deyə, Paşinyan əlavə edib.
“AzPolitika.info”


Şərhlər