Menu

"Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onda külli miqdarda vəsait aşkarlanır" - Deputat

23.12.2022, 13:19
"Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onda külli miqdarda vəsait aşkarlanır" - Deputat

"Azərbaycanda kimi vəzifədən çıxarırlarsa, onun ya otağından, ya qarajından, ya da başqa yerdən külli miqdarda vəsaiti çıxır".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Aşkar olunan vəsaitlərin dövlətə məxsus olduğunu vurğulayan deputat bildirib ki, bunu edənlərin əksəriyyəti vəzifədə olan insanlardır: "Cinayət yolu ilə əldə edilmiş əmlak sözü sıravi vətəndaşa aid deyil. Bu yolla əldə olunan əmlak daha çox vəzifəli, imtiyazlı adamlara aiddir. Azərbaycanda vəzifəli şəxslərin gəlirlərinin aşkarlanması, şəffaflaşdırılmasının vaxtı çatıb. Bununla bağlı qanunun qəbul edilməsinin vaxtıdır. Dünyanın inkişaf etmiş ölkələrində bu qanunlar imkan vermir ki, insan öz vəzifəsindən istifadə edib dövlətin malını talasın, korrupsiya ilə məşğul olsun".

Şərhlər

ƏNHU 2022-12-23 22:36:05

ÇAP, TAP, QAP=YAP

dadaşyev 2022-12-23 21:45:55

Belə yanaşma doğru deyil.Necə yəni kimi vəzifədən çıxarırlarsa onda külli miqdarda vəsait aşkarlanır?Hər hansı vəzifəli adamda külli miqdar çalıb çapdığı vəsaitin olması o adam vəzifədə olduğu illər,on illər ərzində hamıya məlumdur.İstər paytaxtda,istər rayonlarda barmağınızı hər hansı bir gurultulu obyektə uzadıb o yan-yörədəki sıravi insanlardan da soruşsanız dəqiqliklə deyəcəklər hansı yüksək vəzifəlinin obyekti olduğunu.Məktəb uşaqları da bildirəcək.Amma Sabir müəllimin sözündən belə başa düşülə bilər ki,guya yalnız vəzifədən çıxarılandan sonra hamı heyrətdən barmağını dişləyir ki,aaaa,bu adam dağıdıbmış ki dövlət malını.A balam,hər hansı yüksək vəzifəlinin Şirvanşahlar sarayı böyüklükdə villalarını,sürdükləri Pantera tankı boyda maşınları görərkən yetim malı yediyi,xəzinə dağıtdığı bəlli olmurmu?Bəllidir əlbəttə,amma yetim malı yeyə-yeyə vəzifədə qalmağa davam edirsə,demək,hələ ya diliylə,ya əməliylə quş buraxmayıb.Quş buraxdısa qanı getdi.Əlvida yağlı vəzifə.Ona görə də cümlə belə olmalıdır:”Azərbaycanda yalnız quş buraxan vəzifəlilərin dövlət əmlakını taladıqları bildirilir”.

miri 2022-12-23 14:18:44

Çünki vəzifəyə bu işləri YAPmagı bacaran qoyulur. Həm də vəzifədə olanlar bu məmləkətin gələcəyinə inanmayır.

Rasim 2022-12-23 13:38:57

Belələrini cəzalandırmaq üçün Şimali Koreyaya göndərib Kim Çen Ina tapşırmaq lazımdır, Topa qoyub atsın

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol