Menu

Kəsdiyi ağac Qəbələ sakininin həyatına son qoydu

14.11.2014, 14:34
Kəsdiyi ağac Qəbələ sakininin həyatına son qoydu

Qəbələ rayonunun Bum qəsəbə sakini bədbəxt hadisə nəticəsində ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 13-də Qəbələ rayonunun Bum qəsəbəsində yerləşən meşə sahəsində qəsəbə sakini Rəşid Babayevin kəsdiyi ağac üzərinə düşüb.

Xəstəxanaya yerləşdirilmiş R.Babayev orada ölüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol