Menu

Talıbovlar Prezidentin səlahiyyətli nümayəndəsinin təqdimatına buraxılmadı - FOTOLAR

23.12.2022, 18:11
Talıbovlar Prezidentin səlahiyyətli nümayəndəsinin təqdimatına buraxılmadı - FOTOLAR

Bu gün Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına (MR) təyin etdiyi səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yerli ictimaiyyətə təqdim edilib.

Təqdimat Naxçıvan MR Ali Məclisinin binasında baş tutub. Fuad Nəcəflini Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev təqdim edib.

“AzPolitika.info” xəbər verir ki, yayılan fotolardan tədbirdə Ali Məclis üzvlərinin bir hissəsinin iştirak etdiyi görünür. Sədr əvəzi Azər Zeynalova da sədarətdə deyil, zalda yer verilib.

Keçmiş sədr, deputat Vasif Talıbov və onun deputat oğlu Seymur Talıbov isə iştirakçılar arasında yoxdur. Yəqin ki, dəvət edilməyiblər. 

Bu, Talıbovların və onlara yaxın şəxslərin artıq Naxçıvanın idarəçiliyində hər hansı şəkildə iştirak etməycəklərinə dair növbəti mesaj sayıla bilər.

Rasim

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol