Menu

“Xalqımızın böyüklüyünü dünyaya göstərdiniz, Sizə minnətdarıq...” – Millət vəkili

24.12.2022, 10:40
“Xalqımızın böyüklüyünü dünyaya göstərdiniz, Sizə minnətdarıq...” – Millət vəkili

Hörmətli cənab Prezident!

Sizi Doğum Gününüz münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun və sağlıqlı ömür arzulayıram!

Siz xalqın, millətin lideri, Azərbaycanın ideal simasısınız. Siz Azərbaycan xalqının qalib xalq kimi, böyük xalq kimi yaşamağa haqqı olduğunu dünyaya göstərdiniz. Bu gün sizin yorulmaz fəaliyyətiniz, Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətiniz, əzmkar və qorxmazlığınız, eyni zamanda cəsarətli və sədaqətli gənclər yetişdirməniz sayəsində Azərbaycan xalqı müzəffər, qalib xalq adını daşıyır. Bugünkü və gələcək nəsillərin qürurlu və şərəfli yaşamaları üçün, bir sözlə qazandığımız bütün uğurlar üçün biz Sizə minnətdarıq! Sizə borcluyuq! İnanırıq ki, Azərbaycan xalqı və dövləti Sizin rəhbərliyinizlə hələ çox uğurlar qazanacaqdır. Bir lider kimi xalqımızın bu gün olduğu qədər sabah da Sizə ehtiyacı olacaqdır!

Dəyərli Rəhbərim! Bir daha Sizi səmimi qəlbdən təbrik edir, Uca Tanrıdan Sizə və ailənizə uzun ömür, can sağlığı arzulayıram!

Sadiq Qurbanov, 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, millət vəkili 

Şərhlər

Cəmşid Dərələyəzli 2022-12-24 12:45:02

Ömür dediyimiz nədir ki. Əsas odur ki, insan sağlığında əməlləri ilə öz ömür destanını, tarixini yazsın. Bəli cənab Prezident, Ali Baş Komandan olaraq 8 noyabrda (2020) sonda Şuşanın da azad edilməsi ilə, öz adını əbədiyyən Azərbaycanın tarixinə qızıl həriflərlə yazmış oldu. Hələ başqa fəaliyyətlərini, xüsusən də xarici siyasətdə qətiyyət və əzmikarlığını da demirəm. Demək olar ki, cənab Prezidenti, 2020 ci ilin 44 günlük vətən müharibəsinin, 4 sentyabrda Fizulinin alınması ilə bağlı xalqa müraciətində yaxından tanımış oldum. Vətənpərvərliyin, torpağa, millətə bağlılığın bariz nümünəsini məhz onda gördüm. Həmin dövrdə mətbatda Ovqat. com saytında bir yazım getdi. Ki, cənab Prezident sizinlə qürür duyuruq və biləsiniz ki, Azərbaycan xalqı 7-dən 70-ə arxanızdadır və yanınızdadır. Təbrik edirik, cənab Prezident. Hələ görüləcək işlər, yazılacaq dastanlarımız çoxdur. Biz əmini ki, siz Ölkədə aparılan islahatlar qonusunda və Qarabağla, Zəngəzurla, İravanla, tüm Bütöv Azərbaycanla bağlı qarşıya qoyduğunuz hədəflərə ulaşacaqsınız. Allah Sizə yar olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol