“Rusiyanın Donbasdakıl strategiyasını qismən “Vaqner” müəyyən edir”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov “The New York Times” nəşrinə müsahibəsində bildirib.
Ukrayna kəşfiyyatının başçısı qeyd edib ki, “Vaqner”-in Donbasda, xüsusilə də Baxmut istiqamətindəki canfəşanlığı bu özəl hərbi kompaniyanın rəhbəri və Putinin aşbazı kimi tanınan Evqeni Priqojinin siyasi ambisiyaları ilə bağlıdır.
Budanov müsahibəsində bildirib ki, artıq xeyli müddətdir Priqojinlə Ukraynadakı işğalçı Rusiya ordusunun komandanı Sergey Surovikin Müdafiə naziri Sergey Şoyquya qarşı birləşib: “Priqojinlə Surovikinin ittifaqı “Vaqner”ə ağır silahların verilməsi və onun müharibədəki rolunun genişləndirilməsinə gətirib çıxarıb. Burada yalnız ideologiya və media məsələsi var. “Vaqner”in fanatikcəsinə Baxmutu ələ keçirmək cəhdi də bununla bağlıdır. Onlar güc olduqlarını və Rusiya ordusunun edə bilmədiklərini onların bacardıqlarını göstərmək istəyirlər. Biz bunu açıq görür və başa düşürük”.
Budanov qeyd edib ki, əslində, Baxmut elə də böyük strateji əhəmiyyətə malik deyil. O, ən yaxşı halda Donbasın digər şəhərlərinə hücum etmək üçün rus ordusuna nisbətən əlverişli şərait yarada bilər.
Qeyd edək ki, bir çox müşahidəçilər və mətbu orqanlar Segey Surovikinin Baş Qərargah rəisi postuna, Evqeni Priqojininsə hansısa yüksək siyasi posta iddialı olduğunu bildirirlər.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər