Menu

Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb

29.12.2022, 13:39
Məhkəmə Ermənistanın sabiq müdafiə nazirini həbsdə saxlayıb

Ermənistanın antikorrupsiya məhkəməsi sabiq müdafiə naziri David Tonoyanı həbsdən buraxmaqdan imtina edib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onun vəkili bildirib.

Hüquqşünasın sözlərinə görə, keçmiş müdafiə nazirinin vəkilləri girov müqabilində onun azad edilməsi ilə bağlı vəsatət qaldırmışdı.

Məhkəmə vəsatətin təmin edilməməsinin səbəbini onun azadlıqda şahidlərə təzyiq göstərə biləcəyi ilə əsaslandırıb.

Qeyd edək ki, David Tonoyan silah-sursat təchizatında sui-istifadə hallarına yol verməkdə ittiham edilir. Keçmiş nazir və onunla birlikdə həbs olunanlar 4.6 milyon ABŞ dolları dəyərində yararsız raket almaqda təqsirli bilinirlər.

Şərhlər

t.ədalət 2022-12-29 14:49:52

Bu informasiyanın bizə dəxli varmı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol