Menu

Ermənistana qarşı hazırlanan sənədin BƏM-ə təqdim olunacağı tarix açıqlanıb

29.12.2022, 18:27
Ermənistana qarşı hazırlanan sənədin BƏM-ə təqdim olunacağı tarix açıqlanıb

Ermənistana qarşı aparılan hüquqi məsuliyyət tədbirləri çərçivəsində Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) təqdim ediləcək əsas iddia - 30 illik hərbi işğal dövrünə aid bütün faktları əks etdirən müfəssəl sənəd yekunlaşdırılıb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, sənəd 2023-cü ilin yanvar ayının sonunda BƏM-ə təqdim ediləcək.

Həmçinin 12 oktyabr 2022-ci il tarixində BƏM Ermənistan tərəfindən 16 sentyabr 2022-ci il tarixində Azərbaycana qarşı yeni müvəqqəti tədbirlərə dair verilmiş vəsatəti rədd edib. Növbəti ilin əvvəlində Azərbaycan tərəfi Ermənistana qarşı ətraf mühitə və canlı təbiətə vurulmuş zərər, həmçinin enerji resurslarının və təbii sərvətlərin qanunsuz istismarına dair yeni hüquqi məsuliyyət tədbirləri planlaşdırır.

Şərhlər

B.Qarabağlı 2022-12-29 20:31:21

Əcəb maraqlı xəbəri görəsən KİMlər tərcümə və ya tərtib edirlər? Ermənistan 35 ildir hələ azərbaycanlılara və Konstitusion Azərbaycana qarşı tarixin ən ağır hərbi-etnik soyqırım və dağıdıci cinayətlərini törədir? Belə xəbərlərdə isə cinayətin adı belə çəkilmir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol