Menu

"Xırdalana metro xəttinin çəkilməsi aktual deyil" - "Bakı Metropoliteni"

30.12.2022, 13:32
"Xırdalana metro xəttinin çəkilməsi aktual deyil" - "Bakı Metropoliteni"

"Mövcud konseptual inkişaf sxeminə əsaslansaq, Xırdalana metro xəttinin çəkilməsi aktual deyil".

Bunu APA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, ümumiyyətlə nəqliyyat məsələlərinin həll olunması məsələsində əsas prioritet hardasa metro stansiyalarının inşası deyil, məhz inteqrasiya olunmuş nəqliyyat, bir nəqliyyatdan digərinə rahat keçidin təmin edilməsi, eyni zamanda insanlara daha çox nəqliyyat seçimi imkanının verilməsidir:

"Metro şəhərdaxili nəqliyyat sayılır. Bu mənada Bakının mərkəzi əsas olmaq şərtilə biz hələ ki, bu məsələlərin həllinə tam nail olmamışıq. Xırdalan, Sumqayıt böyük şəhərlərdir. Düzdür, dünya praktikasında ətraf ərazilərə metro xəttinin çəkilməsi nümunələri var. Lakin Bakı üçün bu məsələ hazırda aktual deyil".

Şərhlər

ƏNHU 2022-12-30 22:46:12

Xırdalana metro xəttinin inşası nəinki aktual deyil, hətta zəruridir və sosial sifarişdir. Bəs Bakı şəhəri üçün aktual olan nədir? Formula yarışlaı?

EMZE 2022-12-30 15:59:38

Yerin ustu ile SUMQAYITA ve Musvige az xercle cekmek olar. Yollardaki tixac probleminin helli yolu budur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol