Menu

Naxçıvanda etiraz aksiyası keçirək - Deputat çağırış etdi

30.12.2022, 14:39
Naxçıvanda etiraz aksiyası keçirək - Deputat çağırış etdi

Avtobusda, metroda hərəkət etmək mümkün deyil.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa bildirib.

Deputat çıxışı zamanı bir sıra təkliflər irəli sürüb: “Nəqliyyat vasitələrindən elə fotolar paylaşırlar ki, onlara baxmaq mümkün deyil . Bu məsələ üzərində işləməliyik. Hətta bu, bizim iqtisadiyyatımıza da zərbədir. Mən təklif edirəm ki, bu məsələ ilə bağlı tender keçirmək lazımdır. Xarici ölkələrin təcrübələri öyrənilməlidir".

O, həmçinin separatçıların Xankəndidə keçirdiyi aksiyalara da münasibət bildirib. Deputat hesab edir ki, Xankəndi aksiyasına Naxçıvandan cavab vermək lazımdır.

"Bundan başqa ikinci məsələ olaraq Xankəndidə ermənilərin keçiridiyi aksiyalara Naxçıvandan cavab vermək lazımdır. Niyə biz Naxçıvanda etiraz aksiyası keçirmirik? Bunu edib dünyaya çatdırmalıyıq. Ermənilər dünyaya elə təbliğ edirlər ki, sanki bir onların yol problemi var. Bizim də Naxçıvan problemimiz var. Naxçıvanda aksiya keçirib, onlara cavab verməliyik. Diplomatiyamızın da əlində sübutlar olması üçün belə addımlar atılmalıdır”, - deyə Fazil Mustafa vurğulayıb.

Şərhlər

Mubariz 2022-12-30 16:21:04

Vilayət Eyvazov , bu adam rəsmən insanları mitinqə çağırır , tədbir görün

Həsən 2022-12-30 15:46:38

SİZ NARAHAT OLMAYIN ,ARA QARIŞDIRMAYIN..AZƏRBAYCANIN GÜCLÜ ORDUSU VƏ QALİB PREZİDENTI VAR. .

Eli 2022-12-30 15:02:25

Çox ağıllı ve düzgün teklifdir ve nu mütleq davamlı şekilde heyata keçirilmelidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol