Menu

FHN Gəncədə yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb

01.01.2023, 23:31
FHN Gəncədə yaşayış binasındakı yanğınla bağlı məlumat yayıb

Gəncədə yaşayış binasında baş verən yanğın mənzillərdən birindəki mətbəxdən başlayıb.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

"Dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzildə mətbəxin yanar konstruksiyaları 6 m² sahədə və 1 ədəd kondisioner yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub", - deyə məlumatda qeyd olunub.

Nazirlikdən verilən xəbərə görə, yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol