Menu

Vasif Talıbovun şəkilləri Naxçıvandan yığışdırılıb

04.01.2023, 19:19
Vasif Talıbovun şəkilləri Naxçıvandan yığışdırılıb

Naxçıvan Muxtar Respublikasındakı bütün idarə və müəssisələrdən - büdcə təşkilatlarından Ali Məclisin keçmiş sədri Vasif Talıbovun şəkilləri yığışdırılıb.

Bu barədə Modern.az-a Naxçıvandakı dövlət təşkilatının adının çəkilməsini istəməyən vəzifəli şəxsi məlumat verib.

Bildirilib ki, bu haqda tapşırığı Naxçıvan MR-in yeni rəhbərliyi verib. Bununla bağlı müvafiq tapşırıqların artıq icra olduğunu vurğulanıb.

Qeyd edilir ki, bu yaxınlara kimi Naxçıvandakı idarə və müəssiələrdə ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevlə yanaşı, Vasif Talıbovun da şəkilləri asılırdı.

“Artıq heç bir qurumda Ali Məclisin keçmiş sədrinin şəkillərinə rast gəlinmir”, - deyə mənbə bildirib.

Xatırladaq ki, Vasif Talıbov 2022-ci il dekabrın 21-də Ali Məclis sədri postundan istefa verib.

Naxçıvan MR Ali Məclisinin həmin gün keçirilən iclasında V.Talıbovun istefası ilə bağlı qərar rəsmən təsdiqlənib.

Vasif Talıbov 1995-ci ilin dekabr ayından Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışırdı.

22 dekabr 2022-ci il tarixində Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.

Şərhlər

Moshu 2023-01-05 10:57:25

Hər bir fərd törətdiyi əməlin bədəlini ödəməlidir. Kimliyindən, statusundan, keçmiş xidmətllərindən, dinə münasibətindən və s. və i.a. asılı olmayaraq cinayət törədən kəs cəzalandırılmalıdır. Cinayətkarın yeri islah-əmək müəssisəsidir. Cinayət Məcəlləmiz bununla bağlı nə deyir? Cinayət Məcəlləmizdə cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
Cinayət Məcəlləsi daha sonra xatırladır ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Nə gözəl. Gəlin görək bu cənab indiyə qədər nələr törədib ki, bütün millət onun qanına susayıb. Xalq bu gün Vasif Talıbovun və ona bağlı cinayətkar qrupun cəzalandırılmasını arzulayır və gözləyir. Azərbaycanda çox biabırçı praktika hökm sürür. Cinayət törətmiş şəxs simvolik olaraq cəza alır, oğurladığı əmlak “müsadirə” olunur, sonra da özünə qaytarılır ki, üzr istəyirik səhv etmişik, oğurladığı nəyi varsa dövlətin büdcəsinə qaytarılmalıdır, əks halda dövlətin nüfuzuna xələl gətirilir, dövlətin əsasları sarsılır. Məgər indiyə qədər Korrupsiyaya qarşı mübarizə Boş İdarəsi törədilən cinayət əməllərindən məlumatlı deyildimi, deyildisə belə idarəyə bir qoz. Ölkədə yeni konsepsiya işlənib hazırlanmalıdır. Azadlıqda qalan bütün korrupsionerlər toplum şəklində cəzalarını almalıdırlar. Maşallah, bunun üçün kifayət qədər müasir, gözəl-gözəl müəssisələrimiz var, əks halda bu müəssisələrin mahiyyəti nədən ibarətdir. Bir daha təkrar edirəm, cəzasızlıq dövlətə vətəndaşlarımızın inamını sarsıdır. Bu isə qəti yolverilməzdir.

Rasim Quliyev 2023-01-05 09:40:16

Qardash milyardlar getdi.Ne pul qayidandir ne de mulkler hamsini dahsiyib aparib.Ermenler

dadaşyev 2023-01-04 22:12:55

Bunu bildik ee.Əlbəttə ki şəkilləri idarə və təşkilatlardan,yoldan-irizdən yığışdırılmalıdır,çünki adam artıq vəzifədən gedib.Əsas odur ki,taladığı milyardları yığışdırın verin millətə.Şəkil millətin nəyinə lazımdı?İstəyirsən yığışdır,yandır,cır at,istəyirsən saxla muzey eksponatı kimi.Taladığı milyardları qaytarın,özünü də cəzalandırın.Bunu istəyir millət.Yoxsa belə şey olarmı?Bu nədəə,bu nətər cəmiyyətdi?

Tahir 2023-01-04 20:17:47

Yəni sizcə onun şəkli qalmalıydı? "Kral öldü-yaşasın Kral!!!!! Urrraaaaa!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol