Ukrayna kəhfiyyatı nümayəndəsinin məlumatına görə, Krımda Rusiyanın yerüstü, hava və dəniz bazalı nüvə silahı döyüş başlıqları yerləşdirilib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak bəyan edib. «Ukrinform»un xəbər verdiyi kimi, hərbi kəşfiyyat Rusiya Federasiyasının (RF) silahlarının yerdəyişməsini izləyir («UNİAN»).
RF nüvə sursatının daşıyıcıları arasında ilhaq edilmiş yarımada ərazisində Çernyak gəmiləri, sualtı qayıqları və yerüstü kompleksləri sadalayıb.
Kəşfiyyat nümayəndəsi həm də Rusiyanın nüvə zərbəsi endirmək imkanlarını qiymətləndirib. O, əmindir ki, işğalçı ölkə hər şey edə bilər. Eyni zamanda o, nüvə fəlakənin qarşısının alınmasında beynəlxalq birliyin səylərinə əminliyini ifadə edib.
AzPolitika.info


Şərhlər