“Milli Məclisin ötən ilki son yığıncağında təklif etdim ki, qoy 2023-cü ildə, ilk gündən başlayaraq, ailələrdə doğulan uşaqlara doğum şəhadətnaməsi alınarkən soyad sonluqları "ov"suz, "yev" siz yazılsın. Soyad soluqlarının milliləşməsi haqqına qərar Azərbaycan parlamentində 1992-ci ildə qəbul edilib. Lakin icra orqanları buna mane olublar. O vaxtdan həm Məclisdə, həm mətbuatda dəfələrlə bu barədə danışmışıq, yazmışıq, onlarla siyasətçi, ictimai xadim, ziyalı, mətbuat nümayəndəsi bu işin zəruriliyini dilə gətirib. Lakin bu işi həyata keçirməli olan icra orqanları millətin istəyini bu qulağından alıb o biri qulağından veriblər”.
“AzPolitika.info” xəbər verir ki, bu sözləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı “facebook” səhifəsində yazıb.
O vurğulayıb ki, təkcə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarələri günahkar deyil, həm də burda vətəndaş şüuru, milli heysiyyət, öz hüququnu bilməmək, övladının taleyinə biganəlik kimi amillər də bir əngəldir.
“Yaşlılar vərdiş etdikləri rus sonluqları ilə vidalaşmaqda çətinlik çəkirlər. Başa düşürük. Onda qoy heç olmasa yeni doğulan uşaqlarımız ilk gündən milli soyad daşısınlar. Əgər buna da mane olacaqlarsa, deməli, burda bir qəsd var”,-millət vəkili qeyd edib.
Rasim
“AzPolitika.info”

Şərhlər
ASoyad dəyişikliyi nəslin davamlı yaddaşlarda qalmasını əgəlləyir..türk soyadlarına diqqət etsəniz bir nəslin soyadı itirilmir.nəsil davam etdikcə unudulmur.
Sabir müəllim mən , ailəm,övladlarım belə problemlə 2003-cü ildə rastlaşmışam.Süni yaradılan əngəllər nəticəsində mən ov-yevlərdən qurtuldum.İndi nəvələimdə milli soyadımızı daşıyır.Birdə milli qürur.istək olmalıdır.Həmdə MİLLİ şüur.Neçəki belə mühüm postlarda antimilli ünsürlər,yezidi kürd.dığalar oturur yenə bu iş uzanacaq.
Bəli.burada bir qəsd olub..Qeyri millətlər ad və soyad larını dəyişib yalandan Azərbaycamlı oldular.
Azpolitika əməkdaşlarına müraciət: yazılan şərhləri ya vermirsiniz ,yada da doğrayıb tökürsünüz.Belə olmaz.
Soyadların milliləşdirilməsinə çox böyük qüvvələr mane olur, bu o qədər mütəşəkkil təşkil olunub ki, hətta onlar Milli Məclisdə soyad sonlarının farsyönümlü, yəni "zadə" olmasını belə qəbul etdirdilər, yerli qeydiyyat şöbələrində isə bu xainlər çalan havaya oynayırlar, məgər bilmirsiniz?
Azerbaycan rusiya tesirinden cixmayib, ele Milli Meclisin fealiyyetine bax, netice cixart.
Sabir müəllim mən 2003-ci ildə bu kimi problemlərlə qarşılaşmışam.Bəli əziyyət çəksəmdə özüm,həyat yoldaşım ,usaqlarım və nəvələrim bu ov,yevdən caımızı qurtarməşıq.Birinci milli şüur ,ikinci müvafiq qurumlar bunu etməlidir.Neçəki ANTİMİLLİ ünsürlər dövlət qurumlarında təmsil olunurlar bu bir az çətin olacaq.Bu antimilli ünsürləri Azərbaycandan RƏDD edəcəyik.İnşallah..Az qalıb.
Bəli byrada qəsd olduğu sirr deyil