Menu

Əfqanıstan Çin ilə neft hasilatına dair müqavilə imzalayıb

06.01.2023, 11:55
Əfqanıstan Çin ilə neft hasilatına dair müqavilə imzalayıb

“Taliban” hökuməti Çinin Sincan Mərkəzi Asiya Neft və Qaz şirkəti ilə (CAPEIC) Əfqanıstanın şimalındakı Amu Darya hövzəsində neft hasilatını təmin etmək üçün müqavilə imzalayıb.

“Khaama Press” xəbər verir ki, imzalanma mərasimi Əfqanıstan İslam Əmirliyinin Baş nazirin iqtisadi məsələlər üzrə müavini vəzifəsini icra edən Əbdül Qani Baradar, mədən və neft naziri Şahabuddin Delavar, Çinin Əfqanıstandakı səfiri Vanq Yu və digər yüksək vəzifəli Əfqanıstan rəsmilərinin iştirakı ilə baş tutub.

Rəsmi imzalanması mərasimində əfqan nazir bildirib ki, ölkə daxilində əfqanlar üçün 3000-ə yaxın iş yeri yaradılacaq. Qaşqari mədənindən neft hasil etmək gücü isə 200 tondan 1000 tona və daha çox artacaq.

Bu müqavilənin sahəsi ölkənin Saripul, Cauzcan və Faryab da daxil olmaqla üç şimal əyalətinə səpələnmiş 4500 kvadrat kilometr qiymətləndirilir. Müqavilədə Əfqanıstanın payının hazırda 20 faiz olduğu, gələcəkdə 75 faizə çatacağı bildirilir.

Bu, 2021-ci ilin avqustunda hakimiyyətə gəldən “Taliban” hökumətinin Əfqanıstana cəlb etdiyi ilk xarici investisiyalardan biri hesab olunur. Eyni zamanda bu, xarici iş adamları və investorlar üçün Əfqanıstanı regionda potensial və gəlirli bazar hesab etmək üçün yaxşı başlanğıc ola bilər.

L.SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol