Menu

“Heç bir yeni istintaq hərəkəti aparılmır”

14.11.2014, 22:22
“Heç bir yeni istintaq hərəkəti aparılmır”

Vəkil Elmar Süleymanov noyabrın 14-də MTN-in istintaq təcridxanasında saxlanan jurnalist Rauf Mirqədirovla görüşüb. “Media forum” saytına danışan Elmar Süleymanov bildirib ki, jurnalistin səhhəti və saxlanma şəraiti normaldır: “Hər hansı şikayəti yoxdur. Bir az kökəlib. Hazırda heç bir yeni istintaq hərəkəti aparılmır”.

Mirqədirov bu il aprelin 19-da Türkiyədən deportasiya edildikdən dərhal sonra Bakı aeroportunda həbs edilib. Ona dövlətə xəyanət, Ermənistanın xüsusi xidmət orqanlarına işləmək ittihamı irəli sürülüb. Jurnalist ittihamı rədd edir, siyasi motivli sayır.

Mirqədirovun işi üzrə həbs olunmuş hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı, politoloq Arif Yunus da ittiham olunurlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol