Menu

Qazi Mirdavud Tahirov dünyasını dəyişdi

07.01.2023, 12:30
Qazi Mirdavud Tahirov dünyasını dəyişdi

Şuşa döyüşlərində ağır yaralanan və 2 ildən artıqdır müalicə olunan qazi Mirdavud Tahirov vəfat edib.“Qafqazinfo” xəbər verir ki, Astara rayonu Pensər kənd sakini olan və Vətən müharibəsində rəşadət göstərən M.Tahirov aldığı xəsarətlər ucbatından dünyasını dəyişib.

O, doğulduğu rayonda dəfn edilib.

Qeyd edək ki, Tahirov Mirdavud Asəm oğlu Azərbaycan Pedaqoji Universitetinin tələbəsi ikən Vətən müharibəsinə yollanıb. Onun anası da müharibə vaxtı könüllü olaraq tibb bacısı kimi yaralılara yardım edib.

M.Tahirov müharibədən sonra “Döyüşdə fərqlənməyə görə”, “Kəlbəcərin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.

Şərhlər

ƏNHU 2023-01-08 00:18:11

QURTULDUN MİRDAVUD. SƏNİN ÜÇÜN BÜTÜM SINAQLAR BİTDİ. İNDİ ÜCRƏT ALMAĞA GEDİRSƏN.

Tahir 2023-01-07 20:01:12

ALLAH RƏHMƏT ELƏSİN

korrektor 2023-01-07 17:11:46

Allah rəhmət eləsin!

X 2023-01-07 15:08:01

Allah rəhmət eləsin. Dogmalarina səbr versin. Necə yaraşıqlı balalarımız əlimizdən uçdu
Agliya agliya şəhid oglumuzu düşünürəm. Nə edə bilərik ki

Anar Əhmədov 2023-01-07 13:05:33

Allah Mirdavud qardaşımıza, o cümlədən bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Amin İnşAllah!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol