Son günlər şimal-şərqdən cənuba doğru hərəkət edən soyuq Sibir antisiklonu Azərbaycanda hava şəraitinin dəyişməsinə səbəb olub, ölkənin bəzi ərazilərində şimal-şərq küləyi güclənib.
Bunu "Report"a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
"Göyçayda küləyin sürəti 21, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20, Şəki və Daşkəsəndə isə 18 m/san-dir. Bakıda və Abşeron yarımadasında küləyin sürəti 17 m/san, dənizdə dalğanın hündürlüyü 2 metrə çatıb", - U.Tağıyeva deyib.
O qeyd edib ki, hazırda Quba, Qusar, Altıağac, Gədəbəy və Daşkəsən rayonlarında qarın yağması müşahidə olunur.


Şərhlər
Bes bu qeder pul ayrilir, yollar niye temizdenmir? ayda ilde bir defe qar yaqir, yollarmiz iflic olur, Biyabrciliq