Menu

“Sədərək” Ticarət Mərkəzində yanğın məhdudlaşdırılıb - VİDEO (Yenilənib)

08.01.2023, 22:41
“Sədərək” Ticarət Mərkəzində yanğın məhdudlaşdırılıb -  VİDEO (Yenilənib)

Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş tədbirlər sayəsində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın məhdudlaşdırılıb.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

“Sədərək” Ticarət Mərkəzində (TM) baş verən yanğınla əlaqəli polis və aidiyyəti dövlət qurumlarının əməkdaşları hadisə yerinə cəlb edilib”.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

“Təhlükəsizlik tədbirləri görülür. Ziyanın miqyasını azaltmaq üçün tədbirlər görülür. Bu məqsədlə əraziyə əlavə canlı qüvvə çıxarılıb”, - DİN rəsmisi qeyd edib.

Şərhlər

Prezidentimizi sevən 2023-01-08 21:29:38

Son illərdə bazarlarda yanğınla bağlı heç kim cəza almır,ancaq sahibkarların malları məhv edilir. Şəki-Bazar ASC-də yanğın baş vermiş, yüzlərlə sahibkarların malları yanaraq kül olmuşdur, ancaq Bazsarın müdiri, molla ləqəbli Eldəniz Hacıağayev məsuliyyətə gəlb olunmadı ? Eldəniz Hacısağayevin Türkiyədə evi və Şəkidə onlarla obyekti var. Şəkinin 10 sdaylı Orta məktəbin həyat yanı sahəsində ona obyekt inşa etdirmək üçün icazə verilmişdir ? Eldəniz fürsətdən istifadə edərək hündürlüyü 5 mərtəbəli obyekt inşa etdirib, sorşan yoxdur ki, bu obyekti hansı pulnan inşa etdirmisən ? Səhmdarlar onun ucbatından dividentdən uzun müddətdir ki, dividentiz qalmışlar, aidiyyatı qurumlar isə buna göz yummuşlar.! DTX xahiş edirik Eldəniz bizim dividentimizi mənimsəməsi hesabına, o cümlədən Vergidən yayınması hesabına milyonların sahibi olub.. xahiş edirik onun fəaliyyəti yoxlanılsın .

dadaşyev 2023-01-08 21:19:20

Yeyib yandırıblar ki,izlər itsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol