VASİF TALIBOV İSTEFADAN BİR GÜN ƏVVƏL - VİDEO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbov istefa verməmişdən bir gün əvvəl Bakı şəhərindən Naxçıvana qayıtmışdı.

V.Talıbov ilk dəfə hava limanının Prezident çıxışından istifadə etməmiş, xidməti maşını onu təyyarənin trapının yanında qarşılamamışdı. O, digər deputatlar kimi, Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonundan keçmişdi. Vasif Talıbovu oğlu Seymur Talıbov qarşılayaraq öz şəxsi avtomobili ilə Naxçıvan şəhərinə aparmışdı.

Həmin günədək Vasif Talıbov Bakı şəhərinə gəlib-qayıdarkən hava limanının Prezident salonundan istifadə edirdi. O ərazi digər sərnişinlər üçün qapalıdır, yəni Vasif Talıbovu hava limanının ərazisində heç kim görmürdü. İstefasından bir gün əvvə isə Talıbov adi sərnişin kimi Naxçıvana qayıtmışdı.

“TNS” saytı Vasif Talıbovun Naxçıvana qayıdarkən çəkilmiş kadrlarını əldə edib.

Həmin videonu təqdim edirik:


635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar