Menu

Naxçıvan MR maliyyə naziri vəzifəsindən azad edilib

11.01.2023, 10:27
Naxçıvan MR maliyyə naziri vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyev vəzifəsindən azad edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb. Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndinə əsasən Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifəsindən azad olunub.

Qeyd edək ki, 2022-ci il noyabrın 26-da Səbail rayon məhkəməsinin qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Şərhlər

Rabitəçi 2023-01-12 20:21:55

Belə bir Sərəncam Rəqəmsal inkişaf və nəqliyyat nazirliyinə lazımdır !

B.Qarabağlı 2023-01-11 12:35:56

Mən uyğun təkliflərə rast gəlmişəm də. Naxçıvana 5-6 rayona, Bakının hər bir rayonundan az Muxtarlığa əlahiddə nazirliklər yoxsa, onun yerli bölmələri gərəkdir? Maliyyə-sərmayəsi olmayanda onlar hansı mənbədən maaş alacaqlar? Elə həmin acı reallığ Bələdiyyələri ən işgüzar əvəzinə-ögey edib, yegaanə torpaq alverinə istiqamətləndirməyibmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol