Menu

Azərbaycan səfiri etimadnaməsini Fransa Prezidentinə təqdim edib

14.01.2023, 13:51
Azərbaycan səfiri etimadnaməsini Fransa Prezidentinə təqdim edib

Azərbaycan Respublikasının Fransa Respublikasındakı səfiri Leyla Abdullayeva etimadnaməsini bu ölkənin Prezidenti Emmanuel Makrona təqdim edib.

"Report" xəbər verir ki, Fransa Prezidenti səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Fransanın Azərbaycana dost ölkə olduğunu bildirən E.Makron deyib ki, bölgədə sülhün bərqərar edilməsi rəsmi Parisin də marağındadır.

Səfir Leyla Abdullayeva Azərbaycanın bölgədə sülhün bərqərar edilməsində ən maraqlı ölkə olduğunu və sülh gündəliyini təşviq etdiyini bildirib. Bu gündəliyin dəstəklənməsinin vacibliyinə toxunub.

Görüşdə Azərbaycanla Fransa arasındakı münasibətlər və regional vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

Şərhlər

Vətəndaş 2023-01-14 14:29:48

Maşallah! Belə səfirlərlə AZərbaycan şox uzağa gedəcəl!Qyə,bu səfir kimi Fransada nə edəcək?Bunun adı nədir?İxtisasıə adam tapılmır ki, səfirin nə ilə və necə məşğul olduğunu bilsin?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol