Menu

Somalidə partlayışlar olub, ölənlər və xəsarət alanlar var

15.01.2023, 15:33
Somalidə partlayışlar olub, ölənlər və xəsarət alanlar var

Somalinin Hiran əyalətində baş verən partlayışlar nəticəsində azı 15 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "Somali Guardian" məlumat yayıb.

Cəlaləksi şəhərində bomba yüklü avtomobilin şəhər polis binası yaxınlığındakı nəzarət-buraxılış məntəqəsində partladılması nəticəsində 4 nəfər həlak olub. Bulobard şəhərində də partlayış baş verib, 11 nəfər ölüb, 52 nəfər yaralanıb.

Hər iki hadisəyə görə məsuliyyəti “Əş-Şəbab” qruplaşması öz üzərinə götürüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol