“Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos forumunda iştirak edir, paneldə birgə müzakirələrə qatılırlar. Ermənistanın Baş naziri Nikol Paşinyan da foruma qatılsaydı, Cənubi Qafqaz ölkəsinin 3 lideri arasında görüş keçirilə bilərdi”.
“AzPolitika.info” xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bölgədə münaqişələrin sülh imkanlarını dəyərləndirərəkən bildirib.
“Gürcüstan Azərbaycanla Ermənistan arasında vasitəçi olmaq istəyir. İlham Əliyev Qaribaşvilinin bu təklifə müsbət yanaşır və liderlərin Tiflisdə görüşməsinə tərəfdardır. Qaribaşvili bu təklifi Paşinyana da bildirib”, - təhlilçi əlavə edib.
Nikol Paşinyan Gürcüstanda görüş təklifinə niyə müsbət cavab vermir?
E.Şahinoğlu deyir ki, Paşinyan bölgəyə dəxli olmayan Fransanın vasitəçi olmasını istəyir. Bölgə ölkəsi, o cümlədən Azərbaycan və Ermənistanla tərəfdaşlıq münasibəti olan Gürcüstanın vasitəçiliyini isə qəbul etmir: “Bunun iki səbəbi var. Birincisi, Gürcüstan da Azərbaycan kimi münaqişələrin həllinə ərazi bütövlüyü prinsipindən yanaşır, çünki özünün oxşar problemi mövcuddur.
İkincisi, Gürcüstanla Azərbaycanı gəlir gətirən müxtəlif regional layihələr birləşdirir, Ermənistanla isə ortaq layihəsi yoxdur. Belə olan halda Paşinyan düşünür ki, o Gürcüstanın vasitəçiliyinə razılaşsa, Tiflis istər-istəməz Azərbaycanın mövqeyini dəstəkləyəcək.
Ancaq Paşinyan sülhdən danışırsa, bunun yollarından biri ümumi Cənubi Qafqaz evinin yaradılmasından keçir, yox əgər erməni separatçılığına dəstək davam edəcəksə, nə ümumi ev olacaq, nə də Ermənistanı rahat həyat gözləyəcək”.
Rasim
“AzPolitika.info”

Şərhlər
Doğrudur.Bunun iki səbəbi var.Birincisi -bizdə ölkənin klan tərəfindən idarə olunması (idarəçiliyi.sivil ölkələrdə olmur ), və əhalinin ağır durumda yaşamağa məcbur edilməsi, İkincisi:-Tiflisin Rus yönümlü adamlar tərəfindən idarə olunması.Hər iki halı Ermənistan ictimaiyyəti qəbul etmir.Ona görə qərbi üstün sayır.