Azərbaycanda əmək pensiyasının minimum məbləği artırılır.
“Report”un xəbərinə görə, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisə daxil olub.
Layihəyə əsasən, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılır.
Qanun layihəsi qəbul ediləcəyi təqdirdə 2023-cü ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Dəyişiklik layihəsi yaxın günlərdə parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılaraq.


Şərhlər
Qəti qəbul eləməyin,çünki o qədər çox qaldırırsınız ki,insanlar bilməyəcək pulu hara qoysunlar,necə xərcləyiblər.
Maraqlııdır Nə zamandan MM-ə göndərilən kağızlarda siyahi deputatlar nəyi isə dətişməyə cəzarət edibklər? Amma bu məlumat da
yarımçıqdır.Minimum pensiya,minimum əmək haqqı çox qəliz və mənasız anlayışdır və bunun xalqa aidiyyəti yoxdur.Bu sadəcə millətdən vergi tutulması üçün istifadə olunur.Yaxşı olardı umumi pensiya məbləğlərinin artımını göstərəydilər.Amma bunu eymirlər.Niyə?