“Leopard” Ukraynaya üstünlük qazandıracaqmı? – “Almaniya eyni addımı atmağa məcbur oldu”

“Rəsmi Kiyev aylardır Qərbdəki müttəfiqlərindən işğal altındakı ərazilərini azad etmək üçün döyüş tankları göndərmələrini xahiş edir. Ukrayna rəsmiləri təkidlə bildirirlər ki, Qərb istehsalı olan tanklar, xüsusən də Almaniya istehsalı “Leopard - 2”-lər müharibənin gedişatını əhəmiyyətli dərəcədə dəyişə bilər.

Yanvar ayının əvvəllərində Böyük Britaniya Ukraynaya Qərb istehsalı olan döyüş tanklarının veriləcəyini vəd edən ilk ölkə oldu.

Açıqlanan məlumatlara görə, Britaniya yaxın həftələrdə Ukraynaya 14 “Challenger- 2” tankı göndərəcək. Bu, kiçik bir yardım kimi görünsə də, Ukraynanın Qərbdəki digər müttəfiqlərinin önünü açdı.

Artıq Qərb ölkələri yavaş-yavaş Ukraynanın əsas döyüş vasitələrilə təmin edilməsi üçün addımlar atmağa başlayıblar. Hazırda əsas diqqət Almaniyanın “Leopard” tanklarına yönəlib. Avropada müxtəlif ölkələrin envanterində 2000-ə yaxın “Leopard” tankının olduğu bildirilir. Rəsmi xəbərlərə görə, artıq Polşa və Finlandiya öz tanklarının bir hissəsini Ukraynaya göndərmək istədiklərini bildiriblər”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşrində yayımlanan “Almaniya Ukraynaya göndəriləcək tanklara görə niyə təzyiqə məruz qalır?” başlıqlı məqalədə bildirilir.

Sözügedən məqalənin bir hissəsinin tərcüməsini oxuculara təqdim edirik: “”Leopard” Almaniya istehsalı olduğundan, bu tankı almış digər ölkələr üçüncü ölkələrə ötürmək üçün Berlindən icazə almalıdırlar. Təsdiq qərarı Almaniya kansleri Olaf Şoltsa məxsusdur. Polşa və Finlandiya bu tankları Ukraynaya vermək istədiklərini bildirsələr də, hələlik Berlinə rəsmi müraciət göndərməyiblər. Polşanın Baş naziri Mateuş Moravieski bu günlərdə deyib ki, ölkəsi Almaniyanın icazəsi ilə və ya olmadan şərq qonşusuna 14 “Leopard” tankı göndərəcək.

“Leopard”ın hansı üstünlükləri var?

Almaniyada istehsal olunan və ilk dəfə 1979-cu ildə təqdim edilən “Leopard” tankı dünyanın ən yaxşılarından biri hesab olunur. Bu tank ondan çox Avropa ölkəsinin, həmçinin Kanada və Türkiyənin əsas döyüş vasitələrindən hesab olunur.

Bu döyüş tankları piyada döyüş maşınlarından daha ağır və güclüdür. Onlar digər tanklarla döyüşmək və düşmən xətlərini yarmaq üçün nəzərdə tutulub. Bütün variantlar elektron atəş sistemi, lazer məsafə ölçən və termal kameralara sahibdirlər.

Bu tanklar 4 metr dərinliyindəki sulardan keçməyə və 1 metr hündürlüyündəki divarları dağıtmağa qadirdir. 1500 at gücü, 63 ton çəkisi olan bu tanklar saatda 70 km sürətlə hərəkət edə bilirlər.

Almaniyanın qərarını nə dəyişdi?

Almaniya hökuməti Rusiya-Ukrayna savaşında bir qədər fərqli mövqedən çıxış edirdi. Almaniya daha öncə Birləşmiş Ştatlar “Abrams” döyüş tankları göndərməyincə, NATO üzvləri də Ukraynaya “Leopard” verməsin mövqeyində idi. Həmçinin işğalın ilk həftələrində Almaniya Ukraynanın müdafiə səylərini dəstəkləmək üçün cəmi 5000 dəbilqə vəd etmişdi. Bundan sonra Ukrayna və bəzi NATO ölkələri Almaniyanı silah göndərmədiyinə görə tənqid etdilər.

Bu təzyiq artdığından və digər tərəfdaşlar, xüsusən də ABŞ və Fransa Ukraynanı döyüş vasitələrilə təmin edəcəklərini bildirdikdən sonra Almaniya da eyni addımı atmağa məcbur oldu.

Nəticıdə Olaf Şolts Almaniyanın Ukraynanı birbaşa silahlandıracağını və alman istehsalı olan silahların veriləcəyini vəd etdi. Hazırda Almaniyadakı əsas mərkəzçi partiyalar Ukraynanı silahlandırmaq məsələsində böyük ölçüdə həmfikirdirlər”.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar