Azərbaycan Tennis Federasiyasının erməni idmançının təxribatı ilə bağlı şikayəti qəbul olunub

Azərbaycan Tennis Federasiyasının (ATF) erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun "Avstraliya Açıq" turnirindəki təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına (WTF) şikayəti qəbul olunub.

"Report" xəbər verir ki, bununla bağlı Beynəlxalq Tennis Federasiyasının ATF-ə göndərdiyi məktubda bildirilib.

Qeyd olunub ki, WTF Xaçanovun keçirdiyi oyunlardan sonra meydançadakı kameraya yazdığı mesajla bağlı şikayəti turnirin təşkilatçısı olan Tennis Australia-ya (Avstraliya Tennisi) yönləndirib: "Böyük Dəbilqə” Davranış Kodeksinə əsasən, Avstraliya Tennisi və İdarə Heyəti "Avstraliya Açıq" turniri və orada iştirak edən oyunçuların davranışı ilə bağlı yurisdiksiyaya malikdir. Onlar “Böyük Dəbilqə” Davranış Kodeksinə zidd hesab oluna bilən hər hansı hərəkəti araşdırmaq üçün müvafiq orqandırlar və istənilən növbəti tədbir planı həmin Davranış Məcəlləsində müəyyən edilmiş prosedurlara uyğun olaraq həyata keçiriləcək".

Azərbaycan Tennis Federasiyasından isə bildirilib ki, WTF qarşıda baş verə biləcək hər hansı təxribatı nəzərində saxlasa da, Xaçanovun bundan əvvəlki əməllərinə görə hansısa tədbir görməməsi qurumu ciddi narahat edir: "Ona görə də əvvəlki təxribatlara görə erməni əsilli idmançının cəzalandırılması üçün yenidən beynəxalq quruma müraciət ünvanlanacaq".

Qeyd edək ki, Xaçanov ardıcıl 2 oyundan sonra kameranın obyektivinə Qarabağdakı separatçı rejimin təbliği ilə bağlı yazı qeyd edib. Yarışda həmçinin Ermənistanla yanaşı, separatçı rejiminin bayrağı açılıb.

Bu hadisələrdən sonra Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Tennis Federasiyası müvafiq qurumlara etiraz məktubu ünvanlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar