Zelenski narazılığa səbəb olan dəyişikliyi imzaladı – Hərbçilərə nəzarət sərtləşdirildi

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı cinayət məcəlləsinə hərbi və döyüş şəraitində hərbi qulluqçuların məsuliyyətini sərtləşdirən dəyişiklikləri imzalayıb.

Xatırladaq ki, bu sənəd yanvarın 13-də Ali Rada tərəfindən qəbul edilib. Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bundan əvvəl sözügedən düzəlişlərin qəbulunu təklif edib.

Dəyişikliklərə əsasən, məhkəmlər komandirə, əmrə tabe olmamaq, komandirə hədə-qorxu gəlmək və ya zorakılıq etmək, döyüş meydanını və ya bölməni icazəsiz tərk etməkdə təqsirli bilinən əsgərlərin cəzasını azalda və ya şərti olaraq təyin edə bilməyəcəklər.

Hərbi qulluqçular əmri yerinə yetirməməyə görə 3 ildən 7 ilədək, fərariliyə görə 5 ildən 12 ilədək, hərbi hissəni və ya xidmət yerini icazəsiz tərk etməyə görə 5 ildən 10 ilədək həbs cəzası alacaqlar. Döyüş meydanına girməkdən və ya silahdan istifadə etməkdən imtina etməyə görə də 5 ildən 10 ilədək həbs nəzərdə tutulur.

Hüquq müdafiəçiləri Zelenskini qanun layihəsini təsdiqləməməyə çağırıblar. Onlar hesab edirlər ki, düzəlişlər orduda xidmət edənlərin əsas hüquqlarını məhkəmə müdafiəsinə əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Dekabrda düzəlişlərə qarşı hazırlanan petisiya 25 mindən çox səs toplayıb ki, bu da onun baxılmasını məcburi edir.

“Təxminən bir ildir ki, Rusiyanın genişmiqyaslı işğalını dayandıran və ərazilərin azad edilməsi üçün uğurlu əməliyyatlar aparan hərbçilərə təşəkkür etmək əvəzinə, biz komandirlərlə ən kiçik fikir ayrılığına və ya etiraza görə həbs olunuruq”, - deyə petisiyanın müəllifi Tatyana Kostoqrızenko yazıb. Onun fikrincə, komandanlıq ordu mənsublarını istənilən tənqidinə görə misli görünməmiş həbsxana cəzasına məhkum edəcək.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar