Menu

“Rusiya Ukraynada nüvə silahından istifadə etmək niyyətində deyil” - Ağ Ev

26.01.2023, 09:47
“Rusiya Ukraynada nüvə silahından istifadə etmək niyyətində deyil” - Ağ Ev

“Rusiya Ukrayna Silahlı Qüvvələri üçün Qərb tanklarının tədarükünə baxmayaraq, Ukraynada nüvə silahından istifadə etmək niyyətində deyil”.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

“Sadəcə sizə deyərdim ki, bizdə Rusiya prezidenti Vladimir Putinin kütləvi qırğın silahlarından, xüsusilə nüvə silahları, istər taktiki, istərsə də başqa cür istifadə etmək niyyətində olduğuna dair heç bir əlamət yoxdur”- deyə, o bildirib.

Bundan əvvəl Ağ Evin sözçüsü bildirib ki, ABŞ Ukraynaya tankların tədarükünə görə Rusiyadan NATO-ya heç bir təhlükə görmür.

Şərhlər

Yasin Yezidov 2023-01-26 17:37:31

Bu bəyanat Ukraynaya, xüsusən Azərbaycana da uca-uzaq şüarlarsız, daha yığcam-yalvarışli qəti-hüquqi diplomatiya çağırışı deyilmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol