NAXÇIVANIN KEÇMİŞ DİN NAZİRİ AZADLIĞA BURAXILMADI - Ağır cinayət ittihamları generalla bağlı qərara təsir etdi...

Ali Məhkəmə Naxçıvanın sabiq daxili işlər naziri general-leytenant Əhməd Əhmədovun verdiyi kassasiya şikayətinin müddətinin bərpası ilə bağlı qərarı elan edib.

Bu barədə "Report"a onun vəkili Dilsuz Məmmədov məlumat verib.

O bildirib ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda prosessual müddətin uzadılması ilə bağlı ərizə əsassız hesab olunub.

Qeyd edək ki, Ə.Əhmədov 17 il Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. O, 2021-ci ildə həbs olunub. Keçmiş nazir 9 milyon manatı mənimsəmədə təqsirli bilinib. Daha sonra Naxçıvan Muxtar Respublika Hərbi Məhkəməsinin hökmü ilə Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.

"AzPolitika" xatırladır ki, Vasif Talıbovun Naxçıvan MR-in rəhbərliyindən uzaqlaşdırılmasından sonra Ə.Əhmədova qarşı çox ağır cinayət ittihamları səsləndirilib. Görünür bu ittihamlar Ə.Əhmədovla bağlı qərara təsir edib. Daha əvvəl onun azadlığa buraxılacağı gözlənilirdi. 

635x100

Şərhlər

qaraguruh 2023-02-04 23:25:45

--Əhmədi istəməyənlər çoxdu-oysa onu mən də tanıyıram-o pis adam deyildi--olsn danqa idi-acı dilli olub yekəxana olbilər ancaq əzazil deyildi-bu dəqiqdir----bəziləri toxdayın çıxmadı qaldı içəridə--ama çıxsaydı çox şeylərin üstü daha tez açılacaqdı--

Son yazılar