AZƏRBAYCANIN İRANDAKI SƏFİRLİYİNƏ HÜCUM OLDU - Terror aktının görüntüləri yayıldı + VİDEO (18+) (Yenilənib)

Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə təşkil olunmuş silahlı hücumun görüntüləri yayılıb. 

Səfirliyin təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış görüntüləri təqdim edirik:

"Yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub".

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Allah şəhidimizə rəhmət eləsin!

***

Azərbaycanın İrandakı səfirliyinə hücum olub. Hücum dəf edilərkən Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı, mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov qəhrəmancasına həlak olub, daha bir nəfər isə yaralanıb.

Bu barədə “Caliber” “Telegram” kanalı xəbər verib.

Hadisə nəticəsində bir nəfər yaralanıb.

Əsəbi zəif olanların videoya baxması tövsiyə olunmur.

635x100

Şərhlər

Türk Turan 2023-01-27 17:03:31

Allah Azzə və Cəllə bütün şəhidimizə və bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun, əzizlərinə səbr, qazilərimizə şəfa versin! Vətən sağ olsun! Terror və onun himayədarlarına lənət olsun!

Türk Turan 2023-01-27 16:02:18

Allah Azzə və Cəllə bütün şəhidimizə və bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun, əzizlərinə səbr, qazilərimizə şəfa versin! Vətən sağ olsun! Terror və onun himayədarlarına lənət olsun!

B.Qarabağlı 2023-01-27 13:33:12

Rəsmi Bakı azərbaycanlıların etnik soyqırım cinayətkarlarının yuvasını (statussuz Qarabağı) Kremlin Hərbi mühafizəsnə verdikdən sonra erməni millətçiləri bütün aparıcı, xüsusi ilə qərb dairələrini kəskinliklə Azərbaycana qarşı qoymaqdadır. Əlavə oolaraq qonşu islami İranı da Azərbaycanla müharibə həddinə gətirib ki, niyə naməlum Vardanyan Azərbaycanın Qarabağından mədən qazıb-daşıya bilər, iranlı Parsadanyan oraya yüklənə bilməz?

dadaşyev 2023-01-27 11:44:11

Iran Tiryək Dövləti nə qədər əxlaqsız olsa da hazırkı bədbəxt durumunda Türkiyə,Azərbaycan və Pakistanla aranı belə təxribatla pozmağa cürət edəmməz,heş çübhəsiz bu İrandakı Qərb terrorçu-xüsusi xidmət orqanlarının əməlidir ki,bütün Qafqaz qana boyansın.Kalaşnikovla tutulan təbii ki icraçıdı,killerdi,terrorçudu,əsas odur ki bu işin ssenaristləri kimdir.Şəxsən mən qəti şübhə etmirəm ki,planı cızan Fransadır,erməni terror təşkilatlarının baş yuvası oradır.Biz bunun qarşılığında kəsinliklə İranın və ya başqa hər hansı ölkənin elçiliyinə barmaqla belə toxunmamalıyıq,çünki türk dədə-babalarımızın adətincə elçiyə qətiyyən toxunmaq olmaz,elçiyə zaval yoxdur,hansı ölkənin elçisi olur olsun, elçi ölkəmizdə qonaqdır.Ay millət,kimlər sizi qızışdırmaq istəsə,bilin ki təxribatçıdır.Kərbəlayi demiş,dost ya düşmən,biz gərək öz ləyaqətimizi göstərək.Türk hökmdarlarından ən qəzəblisi olan Çingizxan belə bütün Asiyaya hökmran olduğu halda kiçicik Tanqut ölkəsinin elçisinə qəzəbləndiyi zaman son andaca səbrini basıb qəzəbindən əsə-əsə deyir ki,atın bunu çadırımdan dışarı,rədd olsun öz xanının yanına.

Son yazılar