Menu

ABŞ-ın Azərbaycana yeni səfirinin namizədliyinə baxılacaq

15.11.2014, 19:30
ABŞ-ın Azərbaycana yeni səfirinin namizədliyinə baxılacaq

ABŞ-ın Azərbaycana təyin edəcəyi yeni səfirin yaxın vaxtlarda təsdiqlənəcəyi gözlənilir.

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan bildirib.

O bu məsələnin noyabrın əvvəllərində ABŞ Konqresinə keçirilən seçki ilə əlaqədar gecikdiyini deyib.

“Artıq seçki başa çatıb, yeni səfirin namizədliyinin təsdiqlənməsi məsələsinə yaxın vaxtlarda baxılacaq”, - deyə diplomat vurğulayıb.

Xatırladaq ki, ABŞ prezidentinin Azərbaycanda səfir postuna irəli sürdüyü Robert Frensis Sekutanın namizədliyi ilə bağlı sentyabrın ortalarında Konqresin xarici əlaqələr komitəsində müzakirələr keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol