TERRORÇUNUN SƏFİRLİYİMİZƏ HÜCUMUNUN YENİ GÖRÜNTÜLƏRİ - İran rəsmilərinin yalani ifşa oldu, polis terrora mane olmayıb + VİDEO (Yenilənib)

Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub.

Bu barədə açıqlama verən Tehranın polis rəisi Sərdar Hüseyn Rəhimi Azərbaycan səfirliyinə silahlı hücum edən şəxsin səfirliyə iki azyaşlı övladı ilə gəldiyini, hadisənin şəxsi və ailə problemləri zəmnində baş verdiyini bildirib.

İran mətbuatı da terror aktını pərdələməyə çalışır, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini iddia edir.

“AzPolitika.info” xəbər verir ki, bu barədə paylaşılan ikinci görüntü İran rəsmilərinin və mediasının yalanını ifşa edib. 

Belə ki, səfirliyin xaricində quraşdırılan kameranın lentə aldığı kadrlardan açıq-aydın görünür ki, hadisə zamanı terrorçu tək olub, onun iki azyaşlı uşaqla əraziyə gəlməsi tamamən cəfəngiyyatdır.

Görüntülərdən məlum olur ki, əvvəlcə şəxsi avtomobilini səfirlik əməkdaşlarının maşınına çırpan terrorçu “suni qəza” görüntüsü yaradaraq, səfirlik əməkdaşlarının çölə çıxmalarını gözləyib və ardınca “Kalaşnikov” markalı silahla binaya daxil olaraq, atəş açmağa başlayıb.

Bütün bu faktlar hadisənin əvvəlcədən planlaşdırıldığından, teroru icra edənin təcrübəli, təlim keçmiş şəxs olduğundan xəbər verir.

***

Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror aktının yeni görüntüləri yayılıb.

Videoda cinayətkarın avtomobillə hadisə yerinə yaxınlaşması əks olunub.

O, maşını ilə diplomatik nümayəndəliyin qarşısında duran avtomobili vurub.

Daha sonra əlində avtomat olan şəxs səfirliyin binasını mühafizə edən iranlı polisə əl hərəkəti ilə müdaxilə etməməsini göstəriş verir və binaya daxil olur. Polis də terror aktına mane olmur. 

Görüntülərdən bu da bəlli olur ki, terrorçu səfirliyə uşağı ilə gəlməyib. Molla rejimi bu barədə də yalan məlumat verib. Görüntülər İran tərəfinin iddialarını saxta olduğunu ifşa edir. 

Həmin görüntüləri təqdim edirik:

635x100

Şərhlər

Oxucu. 2023-01-27 18:53:40

Hörmətli Az.Politka bu Türkiyədə Rus səfirliyin öldürməsinə oxşayır,burda regional marağlar var,istərdim oxucularınızı düzgün istiqamata yönəldəsiz,əks halda analiz edə bilməyən xalqı hər istiqamata yönəltmək olar,İranı başa düşürük İslama və regiona qara ləkədir,amma biz hər hadisəni məntiqlə təhlil etməliyik.

Vətəndaş 2023-01-27 16:23:40

FARS RUS TÜRKÜN DÜŞMƏNİDİR. ÇÜNKİ BİZİ FARS RUS BÖLÜB 2 YERƏ

TARIX 2023-01-27 14:24:11

İRAN ARTIQ COXDAN SÜBUT EDİB Kİ,O ANTİ İSLAM DÖVLƏTİDİR.ALLAH ŞƏHİDİMİZƏ RƏHMƏT ELƏSİN.

Son yazılar