Azərbaycanın İrandakı Səfirliyinə silahlı hücum zamanı şəhid olan Orxan Əsgərov Bakıda, ll Şəhidlər Xiyabanında dəfn olunacaq.
"Report"un Qərb bürosunun məlumatına görə, bu barədə onun yaxınları bildirib.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.


Şərhlər
Allah rəhmət eləsin!
Səfirliyin ərazisi hər bir dövlətin ərazisidir. Orxan səfirliyin binasında terror nəticəsində həyatını itirib. Terrorçu Orxana atəş açarkən sərf etdiyi vaxta görə digər mühafizəçiyə onu zərərsizdəşdirməyə ani imkanı yaranıb. Orxan aktiv və ya passiv döyüş şəraitinə baxmayaraq şəhiddir. Və bundan sonra səfirliklərinin ərazisi sərhəddimiz statusunda MM də baxılmalı və müvafiq qanunlar qəbul olunmalıdır.