Daxili İşlər Nazirliyi Çevik Polis Alayının rəisi Səhlab Bağırov vəzifəsindən azad olunub.
Bu barədə bu gün daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Əlahiddə Çevik Polis Alayının rəisi general-mayor Səhlab Bağırov sərəncama götürülüb.
Nazir digər əmrlə S.Bağırovu DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin edib.
Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya təsdiqləyiblər.
Bu yerdəyişmə S.Bağırovun "vurulması" kimi qiymətləndirilə bilər.

Şərhlər
Əvvəla onu həmişəki profilinə tam uyğun olan digər bir işlə təmin ediblər. İkincisi, sərəncama götürülmək o deməkdir ki, adama ömrünün axırına qədər 100 faizlə əməkhaqqı veriləcək. Bu isə özlüyündə o deməkdir ki, adam, nəinki işdən çıxarılmayıb, hətta ikinci bir işlə də təmin edilib. Yəni bayaqdan bir yerdən maaş alırdısa indi iki yerdən alacaq.
Respublika ərazisində bütün texniki baxış idarələri (merolar) bu adamın inhisarında idi, dövlət rüsumunun üstünə 50-60 manat əlavə pul alırlar