Menu

Ötən il 700 minə yaxın xarici vətəndaş Rusiya pasportu alıb

31.01.2023, 11:39
Ötən il 700 minə yaxın xarici vətəndaş Rusiya pasportu alıb

2022-ci ildə 691 mindən çox xarici Rusiya vətəndaşlığını qəbul edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, bu göstərici 2021-ci illə müqayisədə 44 min nəfər azdır.

Rusiya Daxili İşlər Nazirliyi ötən ilin 12 ayı ərzində 5,4 milyondan çox xarici pasport verildiyini açıqlayıb ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 1,5 milyon çoxdur.

“2022-ci ilin yanvar-dekabr ayları ərzində barələrində Rusiya Federasiyasının vətəndaşlığına keçməklə bağlı qərar qəbul edilmiş şəxslərin sayı 691 045 nəfər təşkil edib. 2021-ci ilin eyni dövründə bu göstərici 735 385 nəfər olub", - deyə Rusiya DİN-in məlumatında qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol