DİN-in İRANIN CASUS ŞƏBƏKƏSİNƏ QARŞI ƏMƏLİYYATI... - 39 nəfər saxlanılıb + FOTOLAR (Yeniləndi)

Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri nəticəsində Azərbaycanda "din pərdəsi" altında təxribat və pozuculuq əməllərini həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.

"Report" xəbər verir ki, özlərini dindar kimi qələmə verən həmin şəxslər sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetiriblər.

Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.

Daxili İşlər Nazirliyi tərəfindən İranın casus şəbəkəsinə qarşı keçirilmiş xüsusi əməliyyat zamanı İran və Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Mətləb Bağırov da var. M.Bağırov “SalamNews” informasiya agentliyi və “İnteraz”ın faktiki rəhbəridir.

***

"Turan"ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, Bakıda və ölkə regionlarında İranpərəst ünsürlərin saxlanılması üzrə tədbirlər davam edir. 

Saat 15:30-dək 7 nəfərin saxlanıldığı məlum olub. Onların konkret nədə ittiham olunduğu hələlik açıqlanmır. 

***

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib.

APA-nın əldə etdiyi məlumata görə, DİN tərəfindən əməliyyat keçirilən məkanlar arasında SalamNews informasiya agentliyi və “İnteraz” da var.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər – A. T. Kərimov, E. A. Rəhimov, İ. Ə. Ələkbərov, M. N. Cəfərov, H. H. Cabbarlı, F. S. Əbdülov və A. Ə. Cümşüdov şübhəli şəxs qismində tutulublar.

“İnterAz” telekanalı 2002-ci ildə yaradılıb və 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb. Əvvəllər baş ofisi Moskvada yerləşən kanalın təsisçisi tanınmış jurnalist Saleh Xudiyev olub. 2016-cı ildə telekanalı İranın Qum şəhərində və Suriyada dini təhsil almış “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırova alıb. Hazırda kanalın baş ofisi Türkiyəyə keçirilib və “Türksat” peyki üzərindən yayımı təşkil olunub. Telekanalda İranın rəsmi şəxslərinin açıqlamaları, bu ölkənin maraqlarına xidmət edən məlumatlar çoxluq təşkil edir. Əvvəlki dövrdə telekanalda hazırda “Nardaran hadisələri”nə görə həbsdə olan Hacı Taleh Bağırzadə, Hacı Zülfüqar Mikayılzadə və İranla yaxınlığı ilə seçilən digər dindarlar geniş reklam olunub.

Kanalın sahibi Mətləb Bağırov əslən Cəlilabad rayonundandır. Onun hətta İran, Rusiya və Azərbaycanda biznes obyektlərinin olduğu bildirilir.

“SalamNews” İnformasiya Agentliyi fəaliyyətə 2010-cu ilin mart ayının 1-dən başlayıb. İnformasiya Agentliyinin təsisçisi “İnterAz” TV-nin sahibi Hacı Mətləb Bağırovdur. Agentliyin Bakı ofisi “İnterAz” TV-nin Bakı nümayəndəliyi ilə eyni ünvanda, Yasamal rayonu ərazisində yerləşir. “SalamNews” İA-nın 2017-ci ildə farsdilli versiyası hazırlansa da, sonradan bu layihə qeyri-müəyyən səbəblərdən təxirə salınıb. Hazırda sayt Azərbaycan və rus dillərində fəaliyyət göstərir. “SalamNews” İA əvvəlki dövrdə geniş İranyönümlü dini təbliğat aparsa da, hazırda İranın rəsmi şəxslərinin, dindarlarının müxtəlif açıqlamalarını yayımlayır, dini maarifləndirmə xarakterli materiallar verir. 

***

“Hazırda Azərbaycan Daxili İşlər Nazirliyinin Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirir”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə “Caliber.az” portalının “facebook” səhifəsində məlumat verilib. Qeyd olunur ki, əməliyyatın təfərrüatı bir qədər sonra açıqlanacaq.

Daxili İşlər Nazirliyi isə hələ ki, bu barədə açıqlama yaymayıb.

“AzPolitika.info”

635x100

Şərhlər

kohne 2023-02-01 04:08:18

repressiya olmasa yazşidir.

t.ədalət 2023-01-31 18:38:48

İran casusları Rusiya xcasusları ilə birlikdə axtarılmalıdır.Hər ikisi Azərbaycanın düşmənidir.

Son yazılar